Lənkəranda mağaza yandı

Lənkəran şəhərində yanğın hadisəsi qeydə alınıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, ümumi sahəsi 200 m² olan mağazanın yaxınlığında karton taralar 5 m² sahədə yanıb, yüksək temperaturdan mağazanın divarlarına quraşdırılan 5 ədəd kondisioner qismən əriyib.

Mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.