!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranda marketə silahlı basqın olub

!Reklam – Yazi

Lənkəran şəhərində marketə silahlı basqın olub.

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Mirzə Məhəmmədhüseyn Axund küçəsində, 5 saylı tam orta məktəbin qarşısında günorta saatlarında baş verib. Mağaza sahibinin bildirdiyinə görə, hadisə təhlükəsizlik kamerasına da qeyd olunub.

Belə ki, dünən səhər saatlarında Qəzənfər Məhərrəmova məxsus gündəlik təlabat malları satılan marketə daxil olan şəxs satıcıdan siqaret istəyib. Məhəllə sakini olduğu, əvvəllər məhkumluq həyatı yaşayan Nicat adlı şəxs isə kassaya yaxınlaşaraq özü ilə gətirdiyi bıçaqla kassada oturan işçini təhdid, ona təzyiq göstərib. Sonra kassada olan 550 manat məbləğində olan pulu götqrərək, oradan uzaqlaşıb.

Hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin növbətçi hissəsinə məlumat verilib. Yaradılan əməliyyat- istintaq qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində marketə basqın edən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.az

www.yenicag.az

919
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv