Lənkəranda maşın dərəyə aşdı

Lənkəranda ölümlə nəticələnən qəza baş verib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi qəza ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Lənkəran rayon sakini Xaqani Sucayev idarə etdiyi “Vaz 21014” markalı avtomobillə rayonun Təngivan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarəndakı çay yatağına aşıb. Nəticədə həmin nəqliyyat vasitəsində olan Lənkəran rayon sakini Ümid Əliyev ölüb, Loğman Qurbanov isə bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.