Lənkəranda mikroavtobus yandı

Lənkəranda mikroavtobus yanıb.

FHN-dən Yenicag.az-ə verilən məlumata görə, “Mercedes” markalı mikroavtobusun mühərrikində elektrik avadanlıqları qismən yanıb.

Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.