Lənkəranda minik maşını yanıb

ee9ad83e243540097fcb85ef855d1425Axşam saatlarında Lənkəran şəhərində avtomobil yanıb. 

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Həzi Aslanov xiyabanı küçəsində baş verib.

Nəticədə 1961-ci il təvəllüdlü Qurbanov Rakif Məcid oğluna məxsus “99-HS-642” dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı avtomaşının mühərrik hissəsi yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Yeniçağ.Az