Şəhidlər Xiyabanında naməlum kişi meyiti tapıldı

Lənkəran şəhəri Şəhidlər Xiyabanı ərazisində naməlum kişi meyiti tapılıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, onun 50-55 yaşı arasında olduğu bildirilir.

Meyit müayinə olunmaq üçün Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.