Lənkəranda qadını maşın vuraraq öldürdü

Bu gün Lənkəranda avtomobil qadın piyadanı vurub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şağlaser kəndində baş verib.

“VAZ 2107”-nin vurduğu piyada hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.