!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranda qaz balonu partladı – Bazar yanır + Video

!Reklam – Yazi

lenkeranbazarrrLənkəran şəhərində yanğın baş verib.

Yanğın şəhərin Böyük Bazar ərazisində, İsi Səmədzadə küçəsində yerləşən kəndlərarası avtobusların dispetçer məntəqəsinin inzibati binasında qeydə alınıb.

Ümumi sahəsi 250 kvadratmetr olan binanın 71 kvadratmetri tamamilə yanıb, binanın dam örtüyünə ciddi ziyan dəyib. Bununla yanaşı, binaya bitişik bir telefon aksesuarları dükanı və 55 kvadratmetr sahəsi olan çayxana yanıb.

Hadisənin başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırılır. İlkin ehtimala görə, hadisəyə səbəb maye qaz balonunda olan sızmadır.

Yanğın səhər 07:25-də başlayıb. Lənkərandan üç, Liman şəhər bölməsindən əlavə olaraq bir yanğınsöndürən maşın yanğının söndürülməsinə cəlb olunub.
Binaya bitişik daha üç dükan yanğından mühafizə olunub.

 

www.yenicag.az

803
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv