Lənkəranda qəza – Ölən var

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, martın 18-də saat 21 radələrində Lənkəran şəhəri ərazisində Göyşaban kənd sakini E.Səfərli idarə etdiyi “VAZ-21703” markalı avtomobili yol ayırıcına vurub və aşaraq yolun kənarında dayanıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş sərnişini Hidayət İbrahimov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.