Lənkəranda sərhədçiləri daşıyan UAZ qəzaya düşdü: ölən və yaralanan var – Fotolar

Lənkəran rayonunda sərhədçiləri daşıyan avtomobil qəzaya uğrayıb.

Yeniçağ.az “Report”a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun Lənkəran rayonunun Şovu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Sərhəd Qoşunlarına (SQ) məxsus “UAZ” markalı avtomobil qəza törədib. Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.az