Lənkəranda skeletləşmiş qadın meyiti aşkarlandı

Lənkəran şəhərində tanınmaz halda skeletləşmiş qadın cinsli meyit aşkar olunub.

Yenicag.az xəbər verir ki, Lənkəran şəhəri, Şəhidlər xiyabanı küçəsindəki evlərdən birində bədən səthində xəsarət olmayan, təxminən 35-40 yaşlarında, tanınmaz halda skeletləşmiş qadın cinsli meyit aşkar olunub.

İlkin araşdırmalara görə, meyit əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olmuş 1984-cü il təvəllüdlü Allahverdiyeva Şəhla Hüseyn qızına məxsusdur.