Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb.
Yenicag.az-ın APA-ya istinadən məlumatına görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağıyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti tapılıb.
Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.