Lənkəranda yanıq xəsarətləri alan qadın dünyasını dəyişdi

Dünən Lənkəranda yanıq xəsarətləri alan 45 yaşlı qadın dünyasını dəyişib.

Yenicag.az-ın məlumatına görə, dünən Lənkəran rayonunun Kərgəlan kəndində küçədə zibil yandırarkən özü yanıq xəsarəti alan kənd sakini, 1978-ci il təvəllüdlü Zəhra Fikrət qızı Hüseynova bu gün dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./Report