Lənkəranda 53 yaşlı kişinin yandırılmış meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində meyiti aşkar olunmuş şəxsin Lənkəran şəhər sakini, 1970-ci il təvəllüdlü Cahangirov Əli Eldar oğlu olduğu müəyyən edilib.
Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.