Lənkəranda yük avtomobili yandı

Lənkəran şəhərinin Qurumba kəndində “Ford” markalı yük avtomobilinin yanar hissələri yanıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.