Lənkəranda zəlzələ – Ətraf rayonlarda hiss olundu

Bu gün yerli vaxtla saat 03:16-da Lənkəranda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, yeraltı təkanlar Lənkəran stansiyasından 19 kilometr şimal-qərbdə qeydə alınıb.

Lənkəran ərazisində zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.