Lənkəranda zəncirvari qəza olub, xəsarət alanlar var

Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Reporta istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunda qeydə alınıb.

Belə ki, Gəlmətürk qəsəbəsindən əsas yola çıxan Ağayev Ruslana məxsus, 99-HH-699 seriya nömrəli, “Mazda” markalı avtomobil hərəkətdə olan, Mikayılzadə Elvarın idarə etdiyi 10-VC-543 seriya nişanlı, “Mazda” markalı avtomobilə çırpılıb. Nəticədə E.Mikayılzadənin idarə etdiyi avtomobil aşaraq yolun kənarında dayanan daha iki maşına çırpılıb.

Qəza zamanı 3 nəfər yüngül xəsarət alıb. Onlara xəstəxanada ambulator yardım göstərilib.