!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkərandakı dəhşətli avtobus qəzasının SƏBƏBİ - FOTO/VİDEO

!Reklam – Yazi

28 avqust saat 18:40-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) rayonun Bəliton kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi, ona məxsus şəxsi istifadəsində olan PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə fərdi yaşayış evinin həyətinə aşması ilə bağlı məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları dərhal hadisə baş vermiş dağlıq əraziyə yollanıb və sürücü Ələmdar Ağayevin hadisə zamanı dünyasını dəyişdiyi müəyyən olunub. Şöbənin Dövlət yol polisi bölməsinin yol patrul xidmətinin və digər polis əməkdaşlarının fəal iştirakı ilə avtobusda olan 22 nəfər sərnişinin müayinə olunmaları üçün Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılmaları təşkil olunub. Hazırda onlardan 3 nəfərin müalicəsi xəstəxanada davam etdirilir, digərləri isə müayinədən və tibbi müdaxilədən sonra evə buraxılıb.

Hadisənin baş vermə səbəbinə gəldikdə isə Ağayev Ələmdar Şavəli oğlu ona məxsus PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusla yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə hərəkətə başlayaraq yoxuşu qalxarkən avtomaşında yaranmış texniki nasazlıq səbəbindən sürücü idarəetməni itirib və avtomaşın geriyə hərəkət edərək həyətə aşıb.

www.yenicag.az

1218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv