Lənkərandakı güclü zəlzələ dağıntı törətdi?

Xəbər verdiyimiz kimi, yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

Yenicag.az xəbər verir ki, Lənkəran Rayon İcra Hakimiyyətindən Trend-ə verilən açıqlamada heç bir dağıntının olmadığı bildirilib.

“Bununla bağlı rayon sakinlərindən icra hakimiyyətinə hər hansı bir müraciət daxil olmayıb”, – qurumdan vurğulanıb.