Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Lənkəranski Bakılı `avtoritet`in titulunu əlindən aldı

Rovsen-lenkeranskiAzərbaycanlı “qanuni oğru”, kriminal aləmdə Dadaş Bakinski kimi tanınan Dadaş İbrahimovun Kiyevin “Borispol” hava limanında özünü bıçaqlamasının səbəbi məlum olub.

“Qanuni oğru” İstanbula Rövşən Lənkəranskinin dəvəti ilə gedib. Orada Dadaş Bakinskinin iştirakı ilə “sxodka” keçirilib.

Yığıncaqda Dadaş Bakinskinin “qanuni oğru” adının əlindən alınması ilə bağlı qərar verilib.

“Sxodka”da Bakinski Levan Abuladzenin (Levan Suxumski) döyülmə səbəbini əsaslandıra bilməyib. Bu səbəbdən onun titulu əlindən alınıb.

Bunu həzm edə bilməyən Dadaş Bakinski Kiyevdəki “Borispol” hava limanında öz tanışını bıçaqlayaraq öldürüb, daha sonra özünə xəsarət yetirib.

Qeyd olunub ki, törətdiyi cinayətə görə Bakinskiyə 15 il həbs cəzası düşür.

Xatırladaq ki, Levana öldürülən Ded Xasanın qatı düşmənı və Lənkəranskinin yaxın dostu, gürcü mafiyasının Suxumskiy klanının başçısı Meraba Janqveladze “qanuni oğru” adını verib. Lakin bu adı o, çox qoruya bilməyib.

Levan ötən il 1 dekabr tarixində həbs edilib. Təcridxanaya gətirilən zaman orada iki “qanuni oğru” Aslan və Roko onu öz barakına qəbul etməyib. Əvəzində isə qadınlar üçün nəzərdə tutulan izolayatorda qalmalı olub. Bundan başqa onu vəhşicəsinə döyüb, təhqir ediblər. Daha sonra 16 “qanuni oğru” içlərində – Vaqif Lənkəranskiy, Lexa İrkutskiy, Timur Sverdlovskiy, Qela və Qizo Kardava, Surik Lənkəranskiy, Zap, Hoca Bakinskiy, Merab Mzarelua, Albert Gəncinskiy də olmaqla onun “adı”nı əlindən alıblar.

Bundan başqa 2012-ci ilin noyabrında Moskvanın Butırka adlandırılan təcridxanasında Timur Mirzoyevin Levanın tacdan məhrum edilməsi barədə imzaladığı oğru proqonu həyata keçirilib. Hazırda Mirzoyev ölüb və onun ölümündən sonra sözügedən proqonu heç kim təsdiqləməyə çalışmayıb.

 

www.yenicag.az

451