Lənkəranskinin adamlarını güllələyən killerlər tutuldu – Azərbaycanlılar imiş

Martın 30-na keçən gecə Ukraynanın Xarkov şəhərində yerləşən “Ağdam” restoranının qarşısında kalaşnikov avtomatından atəş açaraq bir Azərbaycan vətəndaşının ölümünə səbəb olan killerlər saxlanılıb.

Yenicag.az xəbər verir ki, birinin 26, digərinin isə 32 yaşı olan hər iki killer Azərbaycan vətəndaşıdır. Onların adları açıqlanmasa da, sözügedən şəxslər barədə 72 saatlıq həbs qərarı çıxarılıb. Moldova üzərindən Ukraynadan Türkiyəyə qaçmaq istəyən killerlər yerli hüquq-mühafizə orqanları tərəfindən Ukraynaya təhvil veriləcək.

Qeyd edək ki, silahlı hücum edənlərin “Lotu Quli” ləqəbi ilə tanınan “qanuni oğru” Nadir Səlifovun briqadasının üzvlərinin olduğu iddia olunur.

Xatırladaq ki, “Ağdam” restoranından çıxan bir qrup qafqazlı restoranın qarşısında dayanmış avtomobildəki bir qrup silahlı şəxs tərəfindən atəşə tutulub. Avtomobildə 4 nəfər olub. Onlardan ikisi kalaşnikov avtomatı ilə restorandan çıxanlara yaylım atəşi açıb. Bu zaman Azərbaycan vətəndaşı, Xarkov bazarlarının birində ticarətlə məşğul olan 32 yaşlı İsmayılov Zaur Əziz oğlu ölüb. Əvvəllər qətlə görə məhkum edilmiş Gürcüstan vətəndaşı isə yaralanıb. Hücuma məruz qalanlar isə 2016-cı ildə İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskinin tərəfdarları olub.

COP29