!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranskinin davamçılarının işi məhkəmədə - Qulinin hakimiyyəti qurulur - VİDEO  

!Reklam – Yazi

Mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin klanının nümayəndələrinin işi üzrə araşdırma başa çatıb.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Əbilovun dəstəsinin” 13 üzvü yaxın zamanda məhkəmə qarşısına çıxarılacaq. Onlar qanunsuz silah saxlamaq, xuliqanlıq, ölümlə hədələmə, sağlamlığa məqsədli şəkildə orta ağır ziyan vurulması və s cinayətləri törətməkdə günahlandırılırlar.

Cinayət işi üzrə materiallara əsasən, 2015-2016-cı illərdə qruplaşma üzvləri Sverdlovsk vilayəti ərazisində sözügedən cinayətləri törədiblər. Onların əməllərindən təxminən 14 nəfər ziyan görüb. Zərərçəkmişlərdən oğurlanan ümumi məbləğ isə 1,5 milyon rubla yaxın olub.

2016-cı ilin yayında qruplaşma üzvlərinin saxlanılmasına başlanıb. İlk olaraq 30 nəfər saxlanılıb. Maraqlıdır ki, bundan bir neçə gün sonra İstanbulda naməlum şəxslər Rövşən Lənkəranskini güllələyiblər.

Düməninin ölümündən sonra Lotu Quli Uralı nəzarəti altına götürüb. İndi Sverdlovskdakı Azərbaycan diasporasının nümayəndələri xəracı Quliyə ödəyirlər. Əvvəllər isə ticarətdən əldə olunan gəlirin faizi Lənkəranskinin adamlarına çatırdı.

www.yenicag.az

2443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv