Lənkəranskinin “qardaşı” məşhur müğənni ilə bir arada – VİDEO

Rusiyanın məşhur pop ulduzu Olqa Buzova Almaniyada səfərdədir.

Yenicag.az xəbər verir ki, 32 yaşlı müğənni paytaxt Berlində istirahət edir.

Əldə etdiyimiz məlumata görə, Buzova çeçen əsilli “qanuni oğru”, kriminal aləmdə “Şeyx Xəmzət” ləqəbi ilə tanınan Xəmzət Qastamirovun qonağıdır.

Məsələ burasındadır ki, azərbaycanlı mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunan Qastamirov Olqa Buzovanı öz villasında qəbul edib.

Əldə etdiyimiz görüntülər də “Şeyx Xəmzət”ə məxsus “ABION Villa Berlin” otelində lentə alınıb. Kadrlardan göründüyü qədəri ilə rusiyalı pop ulduz səhayətindən məmnundur və o gördüyü mənzərə qarşısında təəccübünü gizlətmir.

COP29