Lənkəranskinin qətlinə görə 3 azərbaycanlı tutuldu

0a2764ccc89cc3976d1ef6faacf699fAzərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qətli ilə bağlı Türkiyədə 4 nəfər həbs edilib.

Lənkəranskiyə silahlı hücumun baş verdiyi ərazidə yerləşən müşahidə kameralarına baxış keçirilib.

Görüntülər araşdırıldıqdan sonra şübhəli şəxslərin axtarışına başlanılıb.

Son məlumatlara görə, qətllə əlaqəsi olduğu ehtimal olunan 3 azərbaycanlı, bir Türkiyə vətəndaşı tutulub.

Saxlanılan şəxslər barədə hüquq-mühafizə orqanlarından əlavə məlumat verilməyib.

Qeyd olunub ki, cinayətlə bağlı saxlanılan şəxslərin artacağı ehtimal edilir.