“Lent.az”ın 7 yaşı tamam olur

3e09d67cce88e3844caeb7b4745512f7Bu gün “Lent.az” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 7 il ötür.

www.lent.az resursu 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadır.

Hazırda Azərbaycanda ana dilində ən çox oxunan informasiya agentliyi sayılır.

www.lent.az ünvanında yerləşən agentlik gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.

Saytda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür. “Lent.az” siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, avtomobil, mədəniyyət, şou-biznes, idman, texnologiya kimi sahələr üzrə hər gün 100-dən çox xəbər, müsahibə, reportaj və yazılar hazırlayır.

Hazırda “Lent.az”ın 20-dək ştat üzrə əməkdaşı və regional bölmələri var.

Maraqlı layihə və rubrikaları, fasiləsiz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb.

Portal bu günədək 200 mindən artıq materialı oxuculara təqdim edib.

“Lent.az” İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu bildirib ki, fəaliyyətdə olduqları hər gün onlar üçün oxucuya xidmət salnaməsidir: “Bu 7 ildə yeganə məqsədimiz oxucunu razı salmaq, yeganə meyarımız oxucu zövqü olub. Bir də bir şeyi ürəklə deyə bilərik ki, 2008-ci ilin 25 iyunundan bugünədək oxucularımızın sayı qədər də dost qazanmışıq və bu bizi məmnun edir”.

APA İnformasiya Agentliyi olaraq dostlarımızı təbrik edir, daha böyük uğurlar arzulayırıq.