Leonardo da Vinçinin əsəri satıldı – 450 milyon dollara!

Leonardo da Vinçinin “Dünyanın xilaskarı” rəsmi “Christie’s” satış evinin Nyu-Yorkda keçirilən hərracında 400 milyon dollara satılıb.

Yenicag.az xəbər verir ki, lotun vergilərlə birgə yekun qiyməti 450 milyon dollardan çox olacaq. Bu isə indiyədək hərraclarda satılan sənət əsərləri üçün rekord məbləğdir.

Qeyd edək ki, Hərraca 100 milyon dollara çıxarılan rəsm uğrunda eyni vaxtda beş alıcı mübarizəyə başlayıb, lakin qiymət 200 milyon dolları keçdikdən sonra onlardan üçü fikrindən daşınıb. Nəticədə rəsm əsəri 20 dəqiqəlik ticarətdən sonra 400 milyon dollar təklif edən alıcıya qismət olub. Əsərin yekun qiyməti isə 450 312 500 dollar (vergilər və hərrac yığımları ilə birgə) təşkil edir.

Maraqlıdır ki, alıcı ilə bağlı məlumat verilmir. Əsərin son sahibi isə rusiyalı oliqarx Dmitri Rıbolovlyev olub.

COP29