Lerik sakini intihar etdi

Lerik rayon sakini intihar edib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, rayonun Piran kəndində 1961-ci il təvəllüdlü Mirzahid Abuzər oğlu Əliyev həyətyanı sahədə özünü asaraq öldürüb.

Qeyd edək ki, mərhum ailəli olub, 3 oğlu və 1 qızı var.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.