Lerik sakininin meyiti meşədə tapıldı

Lerik rayon sakininin meyiti meşə zolağında tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, ötən gün Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyitini Yardımlı RPŞ-nin əməkdaşları aşkarlayıb. Meyit Lerik-Yardımlı yolunun 1-ci kilometrliyindəki meşə zolağında, “UAZ-469B” markalı avtomobilin yaxınlığında tapılıb.

M.Ağayevin qeyd edilən nəqliyyat vasitəsini idarə edərkən onu aşırması nəticəsində ölməsi ehtimal olunduğundan, faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

COP29