Lerik sakinlərindən qanunsuz odlu silah götürüldü

Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanıb.

Belə ki, həmin şəxslərdən 2 ədəd “İj”və 1 ədəd “TOZ” markalı ov silahı aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Lerik Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.