Lerik yeni dərs ilinə bu cür “hazırlaşıb”- Fotolar

11

Yeni dərs ilinin başlanmasına 10 gün qalır. Ölkənin bir çox yerlərində yeni dərs ilinə ciddi hazırlıqlar görülür, məktəblər təmir olunub, sinif otaqları metodik vəsaitlərlə tam təmin olunub. Lakin Lerik rayonunun əksər kəndlərində olduğu kimi Siyov kəndində də “köhnə hamam, köhnə tas”dır

Bu günlərdə rayona səfər edən əməkdaşımız Siyov kənd məktəbinin şəkillərini çəkib. Bu şəkillərdə Lerik rayon icra hakimiyyətinin təhsilə münasibəti aydın şəkildə təzahür edib. Görəsən İcra hakimiyyəti böyük bir kəndin uşaqlarının normal təhsil ala bilməsi üçün kiçik bir məktəb tikdirə bilməzdimi? Lerikin icra başçısı və müavinləri öz övladlarının belə sinif otaqlarında təhsil almalarına razı olardı? Həmin şəkilləri təqdim edirik.(yenilk.az)

Yenicag.az