Lerikdə 18 yaşlı oğlan özünü güllələdi

134815_res_01Lerik rayon sakini ehtiyatsızlıqdan özünü güllələyib.

Hadisə bu gün saat 18 radələrində rayonun Livədirqə kəndində qeydə alınıb.

Kənd sakini, 1998-ci il təvəllüdlü Elcan İzzət oğlu Zahidov ov tüfəngini təmizləyərkən tüfəng açılıb və güllə ona dəyib.

Nəticədə E. Zahidov yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.