Lerikdə avtomobil dərəyə aşdı – Ölən var

Lerikdə ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, avqustun 26-ı saat 18 radələrində Lerik rayonunun Züvüç kəndi ərazisində kənd sakini Tamerlan Əliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Lerik Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.