Lerikdə çayda boğulan gəncin meyiti tapıldı – YENİLƏNDİ

Göldə batan Lerik sakininin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bu gün Lənkəran çayının Lerik rayonunun Piran kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Həbibullayev Ramin İlqar oğlunun axtarışları başa çatıb.

R.Həbibullayevin meyiti Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

13:09

Lerik rayonunda gənc oğlan çayda boğulub.

Yenicag.az-ın xəbərinə görə, hadisə Lənkəran-Lerik yolunun 25-ci kilometrliyində baş verib.

Belə ki, Lerik rayon sakini, 27 yaşlı Ramin Məmmədov ailə üzvləri ilə birlikdə istirahət edərkən ehtiyyatsızlıqdan çaya yıxılaraq boğulub.

Hadisə baş verən zaman ailə üzvləri orada olsalar da ona kömək edə bilməyiblər. Çayın suyu lilli olduğundan hələ ki, meyit aşkar olunmayıb.

Hadisə yerinə polis əməkdaşları gəlib.

Axtarışların aparılması üçün FHN-nin dalğıc qrupu məlumatlandırılıb./Report/

COP29