Lerikdə dördotaqlı ev yandı

Lerik rayonunda 4 otaqlı ev yanıb.

Yenicag.az xəbər verir ki, Lerik rayonunun Büzeyir kəndində ümumi sahəsi 264 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları və çardağına yığılan 12 ton ot bağlamasının 8 tonu yanıb.

Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.