!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lerikdə turist avtobusu qəzaya uğradı - 8 nəfər öldü, 10 nəfər yaralandı / TƏFƏRRÜAT - YENİLƏNDİ 

!Reklam – Yazi

Lənkəranda turist daşıyan avtobusun qəzaya uğramasının bəzi detalları məlum olub.

Daxili İşlər Nazirliydən verilən məlumata görə, hadisə Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub.

İlkin ehtimala görə, idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb.

Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Ağır qəza baş verən hadisə yerinə FHN əməkdaşları da gəlib.

Xilasedicilər meyitləri və yaralıları yerli sakinlərin köməkliyi ilə maşından çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Bu barədə Lerik rayon Günəşli kəndi üzrə ərazi icra nümayəndəsi Mirabbas Vəliyev məlumat verib. Məlumata görə, ölənlərin sayı 8-ə çatıb.

Yaralıların bəzilərinin adı açıqlanıb:

Seyyadov Səyyad Hacıbala oğlu – sürücü

Kərimova Nazilə Ağaəli qızı

Fərəcova Şərafət Ənvər

İbrahimova Əsmət Ağababa qızı

Qurbanova Güllər Məmmədağa qızı//)APA/

***

Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.

İlkin məlumata görə, qəza zamanı azı 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.

Qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara tibbi yardım göstərilir.

Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

www.yenicag.az

1261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv