Lerikdə “UAZ” AŞDI – Ölən var

Lerikdə “UAZ” aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, noyabrın 6-da saat 19 radələrində Lerik rayonunun Hücü kəndi ərazisində kənd sakini Z.Rüstəmov idarə etdiyi “UAZ” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişin Samir İbadov ölüb.

Lerik Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.