Lerikdə yük maşını aşdı: Yaralılar var

Lerikdə xəsarətlə nəticələnən yol qəzası olub.

Yenicag.az xəbər verir ki, hadisə Tikabənd kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Qasımov Tehran Sehran oğlunun idarə etdiyi “Ural-4320” markalı avtomobil aşıb. Nəticədə sürücü, habelə daha iki nəfər – 1994-cü il təvəllüdlü Ağayev Sərxan Adıgözəl oğlu, Lənkəran rayonu Şağlaküçə kənd sakini, 1990-cı il təvəllüdlü Miriyev Mirbəşir Mirələm oğlu xəsarət alıb.

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.