Lerikdə zəlzələ oldu – SON DƏQİQƏ

Lerikdə zəlzələ baş verib.

Bu barədə Yenicag.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 16:17-də Lənkəran stansiyasından 16 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.
Rəsmi məlumata görə, zəlzələ hiss olunmayıb.