Lətifə danışaraq qızını komadan ayıltdı

ABŞ-da yaşanan qeyri-adi hadisə bütün ölkədə hər kəsi təəccübləndirib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Cenifer Fluellen adlı 41 yaşlı qadın ağır qəza keçirib.

O, səhər uşaqlarını məktəbə aparıb daha sonra öz avtomobili ilə işə gedib. Lakin yolda idarəetməni itirərək avtomobili elektrik dirəyinə çırpıb.

Qəzadan sonra Cenifer 5 il komada yatıb. Qadının anası Peqqi Mins qızının bir gün oyanacağı ümidi ilə hər gün xəstəxanaya gələrək onu ziyarət edib.

Qızına baş çəkdiyi günlərdən birində o, övladına lətifə danışıb. Qadının sözlərinə görə, lətifənin sonunda qızı gülümsəməyə başlayıb: “Cenifer ayıldı, danışa bilməsə də başını yelləyə bilirdi”.

Bu hadisə hər kəsi təəccübləndirib. Məlumata görə, hazırda Cenifer gəzə bilməsə də, otura və bəzi sözləri deyə bilir.

COP29