Leyla Abdullayeva Fransada Topçubaşovun məzarını ziyarət etdi – FOTO

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AXC-in qurucularından olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib.

Yenicag.az xəbər verir ki, bu barədə azərbaycanlı səfir “Twitter”də paylaşım edib.

“20 Yanvar günündə Azərbaycan|ın müstəqilliyi və bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin xatirəsini yad etmək üçün görkəmli ictimai-siyasi xadim, ADR-in qurucularından olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət etdik. Torpaq əgər uğrunda ölən varsa Vətəndir” – diplomat bildirib.