Leyla Abdullayeva İsrailin Fransadakı səfiri ilə görüşdü

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva İsrailin bu ölkədəki səfiri Yael Germanla görüşüb.

Yenicag.az xəbər verir ki, bunu azərbaycanlı diplomat “Twitter”də yazıb.

L.Abdullayeva həmkarı ilə görüşməkdən məmnunluğunu bildirib və sülh, firavanlıq üçün birlikdə çalışacaqlarını vurğulayıb.