Leyla Əliyeva bacısını belə təbrik etdi – VİDEO

Bu gün Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın doğum günüdür.

Yenicag.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi “Instagram” hesabında video paylaşaraq bacısını doğum günü münasibətilə təbrik edib.

“Arzunu ad günü münasibəti ilə təbrik edirəm! Çox sevirəm! Allah hamıya cansağlığı, xoşbəxtlik və bol-bol sevgi bəxş etsin!”, – deyə L.Əliyeva qeyd edib.