Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evinə baş çəkib.
Yenicag.az xəbər verir ki, Leyla Əliyeva “İnstagram” hesabında körpələr evindən fotolar paylaşıb.
Qeyd edək ki, Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evi 2015-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilib.