!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Leyla Əliyeva Putinə təşəkkür etdi – VİDEO

!Reklam – Yazi

1446de69Rusiyada Xalq Birliyi Günü şərəfinə qəbul keçirilib.

Qəbulda Rusiya Prezidenti Vladimir Putin bir sıra xarici vətəndaşlara xalqlar arasında sülhün, dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsində xüsusi xidmətlərinə görə dövlət təltiflərini təqdim edib.

Təqdimetmə mərasimində Vladimir Putin həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya da “Puşkin” medalını təqdim edib.

Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva öncə Rusiya prezidentini bayram münasibəti ilə təbrik edib və onun fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirib:

“Bakının mərkəzində dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinə Azərbaycan xalqının böyük rus mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə dərin hörmətinin rəmzi kimi, abidə ucaldılıb. Rusiya-Azərbaycan münasibətləri dərin tarixi köklərə söykənir və bu gün də uğurla inkişaf edir. Bizim ikitərəfli münasibətlərimizin ayrılmaz tərkib hissəsi humanitar sahədə əməkdaşlığımızdır.

Azərbaycanda tam həcmdə rusdilli təhsil qorunub saxlanıb, təhsilin rus dilində olduğu 300-dən çox məktəb. Bundan başqa Bakı Slavyan Universiteti, Lomonosov adına MDU-nun Bakı filialı fəaliyyət göstərir. Bu il Bakıda İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb Universitetinin ilk xarici filialı öz qapılarını tələbələrin üzünə açıb.

Azərbaycan xalqı Rusiya ilə mədəni, humanitar əməkdaşlıq ənənələrinə dərin hörmət bəsləyir və qayğı ilə qoruyub saxlayır. Mən çox şadam ki, ölkələrimiz arasında dostluğun və mehriban qonşuluğun möhkəmlənməsinə öz cüzi töhfəmi vermişəm. Hörmətli Vladimir Vladimiroviç, bu yüksək təltifə görə sizə bir daha dərin təşəkkürümü bildirirəm. Bu medalı mənə sizin təqdim etməyiniz mənim üçün xüsusilə dəyərlidir. Sizə və bütün rus xalqına xoşbəxtlik, firavanlıq və sülh arzulayıram”(Azvision).

https://youtu.be/fS0-hWB3ZLw

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv