Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik gününü övladları ilə birlikdə qeyd edib.
Leyla Əliyeva bayram münasibəti ilə Əli, Mikayıl və Əminəni təbrik edərək onların yeni fotolarını `İnstagram` səhifəsində paylaşıb.
Fotolar izləyicilər tərəfindən maraqla qarşılanıb.
Görüntülərdə Leyla Əliyevanının qızı Əminəyə bayram hədiyyələri bağışladığı da əks olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bir müddət əvvəl müsahibəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın övladlığa uşaq götürdüyünü açıqlamışdı: “Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm”.