Azərbaycanlı kulinar, yazıçı və fotoqraf Stalik Xankişiyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşüb.
Yenicag.az xəbər verir ki, görüşdə Leyla Əliyevanın oğlu Əli də iştirak edib.
Tərəflər görüş zamanı maraqlı bir razılığa gəliblər. Belə ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Stalik Xankişiyevə aparıcısı olduğu “Kazan-Manqal” verilişində müsabiqə təşkil etmək təklifini irəli sürüb.
Müsabiqənin qalibi olacaq şəxsi azərbaycanlı kulinarla birgə Bakıya səyahət bileti əldə edəcək. Qalib həmçinin ölkəmizin başqa gəzməli-görməli yerlərində də olmaq şansı qazanacaq.
Müsabiqənin şərtləri və digər məqamlarla aşağıdakı videoda tanış ola bilərsiniz: