Leyla Yunusa 8 il 6 ay, Arif Yunusa 7 il həbs verildi

105839_res_01Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Yenicag.az virtulaz.org-a istinadən xəbər verir ki , prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə hökm oxunub. Əmlakları müsadirə olunmaqla Leyla Yunusa 8 il 6 ay, Arif Yunusa 7 il müddətinə azadlıqdan məhrum edilib.