Leysan Ankarada nəqliyyatın hərəkətini iflic etdi

İyunun 8-də güclü leysan Türkiyə paytaxtının müxtəlif rayonlarında nəqliyyatın hərəkətini iflic edib.

Yenicag.az xəbər verir ki, Ankaranın bir sıra məhəllələri, xüsusilə Sincan rayonunda yeraltı keçidlər və metro stansiyalarının girişləri, onlarla nəqliyyat vasitəsi su altında qalıb.

Şəhər bələdiyyəsinin işçiləri ekskavatorlarla sürücülərə və sərnişinlərə kömək etmək üçün əraziyə gəliblər.

Ankaranın bir hissəsində yerüstü ictimai nəqliyyatın və metronun hərəkəti dayandırılıb, paytaxtın digər rayonlarında uzun tıxaclar yaranıb.

Təbii fəlakət nəticəsində zərərçəkənlər barədə hələlik məlumat verilməyib.
COP29