Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Leysan xeyli sayda can aldı

thumb_leysan_210Kolumbiyada leysan yağışları ikinci aydır, davam edir.

Yağış suları çoxsaylı dağıntı və subasmaya səbəb olub. Nəticədə 44 nəfər ölüb, 23 min ailə zərər çəkib.

Hazırda yağışın intensivliyi azalır, lakin ölkənin təcili xidmətləri yüksək hazırlıq vəziyyətindədir.

Ölkənin Maqdalena departamentinin Fundason bələdiyyəsində xilasetmə əməliyyatı davam etdirilir. Hökumət El Kastilo bələdiyyəsinin sakinlərinə humanitar yardım göstərir.

Yerli Təbii fəlakətlərlə mübarizə xidməti ölkənin cənub hissəsində xilasetmə əməliyyatlarının il sonunadək uzanacağını hesab edir.

Sinoptiklər Kolumbiyada 2015-ci ilin ilk üç ayı ərzində quru hava şəraitinin hökm sürəcəyini xəbər verirlər.

Loading...

www.yenicag.az

329