Leysan yağış İsmayıllı rayonunda bəzi fəsadlar törədib.
Yenicag.az xəbər verir ki, nəticədə rayonunun Qurbanəfəndi kəndi və İsmayıllı-Qəbələ avtomobil yolunun tikinti gedən ərazilərində nəqliyyatın hərəkəti dayanıb.
Leysan şəxsi təsərrüfatlara ciddi ziyan vurub.
Əraziyə cəlb olanun texnikanın köməyi ilə hərəkət qismən bərpa olunub, işlər davam etdirilir./APA/